CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTN zabitlərinin 3 milyonluq əmlakı müsadirə olundu

Abunə olmaq
"Vosmoy" bazarı dövlət nəfinə müsadirə edilib

BAKI, 30 oktyabr — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qaldırdığı mülki iddiaya baxılıb.

Qərara əsasən, adları sadalanan şəxslərin 2,9 milyon manatlıq mülkləri müsadirə edilib.

Bundan başqa, A.Çovdarov və digərlərinin rütbələrinin əllərindən alınması barədə qərar da çıxarılıb. Qərarda qeyd edilib ki, bununla bağlı müvafiq qurumlara təqdimat verilib. Həmin qurumlar sənədləri hazırlayıb, Prezidentə göndərəcək.

Həmçinin cinayət işi üzrə maddi zərərəçəkmişlərin bəzilərinin mülki iddiaları təmin edilməyib.

"Vosmoy" bazarının dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilib. "Karvansaray" və zərərçəkmiş Qədim Ədilov epizodları üzrə isə cinayət işinə xitam verilib.

Akif Çovdarov və Səlim Məmmədovun ailə üzvlərinin qaldıqları evlərinin üzərinə qoyulmuş həbs götürülüb. Həmçinin S.Məmmədovun pensiya kartının üzərinə qoyulmuş həbs də götürülüb.

Vəkillər hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xəbər lenti
0