O, rəsmlərini tüstü effekti, şəkər tozu və müxtəlif meyvə şirələrindən istifadə edərək ərsəyə gətir. Rəssam bunu rayon yerində rəssamlıq üçün lazım olan ləvazimatların və boyaların çətin tapılması, eləcə də, baha olduğundan ala bilməməsi ilə izah edir.
Rəsm çəkməyin onda daxili bir ehtiyac olduğunu deyən sənətkar, peşəsini hazırda evindəki emalatxanasında davam etdirir.