BAKI, 30 oktyabr — Sputnik. Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edərək yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb.
Parlament daha öncə qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclasını təxirə salmışdı.
Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Elə həmin gün İspaniya hökuməti əyalət parlamentinin buraxıldığını elan edib. Əyalət hökumətinin başçısı Karles Puçdemon vəzifədən kənarlaşdırılıb və muxtariyyətə rəhbərlik İspaniya baş nazirinin müavini Mariya Soraya Saens de Santamariya Antona tapşırılıb.