Elxan Şahinoğlu: “Akşener Ərdoğanın uğurunu təkrarlamaq istəyir”
Türkiyədə “İyi Parti” (Yaxşı Partiya) adlanan yeni siyasi partiya artıq rəsmi şəkildə elan olunub. Partiyanın qurucusu Türkiyənin sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin (TBMM) keçmiş sədr müavini Meral Akşenerdir.
Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Akşenerin rəhbəri olduğu partiyanın Türkiyədə uğur qazanması üçün iki seçkidə mühüm nəticə əldə etməsi lazımdır:
“Müəyyən ehtimallara görə Türkiyədə seçicilərin 30 faizi seçkilər zamanı heç bir partiyaya səs vermirlər. “İyi Parti” bu seçicilərin səsini qazana bilsə Türkiyə siyasi arenasında uğur əldə edə bilər. Ancaq təhlillər göstərir ki, Türkiyədə qopma nəticəsində yaranan partiyalar sonradan uğur qazana bilmirlər”.