BAKI, 30 oktyabr — Sputnik. Ermənistanın Armavir şəhərində naməlum şəxs "Manuşak" uşaq bağçasında işçiləri və uşaqları girov götürüb.
Sputnik Ermənistan-ın verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Hücum edən bıçaqlı şəxs bağçanın əməkdaşlarını və uşaqları girov saxlayır.
Agentliyin məlumatına əsasən, hücum edən şəxsin qaynanası həmin uşaq bağçasının müdiridir. Həmin şəxsin həyat yoldaşı ilə problemləri olduğunu qeyd olunur. Həmçinin girov uşaqlardan birini hücum edən şəxs öz yanında saxlayır.
Xəsarət alanlar barədə məlumat verilmir.