BAKI, 30 oktyabr — Sputnik. Son illərdə Bakıda yaşayış binaları ilə bağlı təkliflər nəzərəçarpacaq dərəcədə artıb. Kütləvi yaşayış massivlərini inkişafı, sosial evlərin tikintisi, mənzillərin və xüsusi evlərin qiymətinin aşağı düşməsi daşınmaz əmlak bazarında canlanmaya səbəb olub.
Lakin təklif olunan yaşayış evlərinin heç də hamısı müvafiq keyfiyyət standartlarına uyğun deyil. Bu niyə belədir və mənzil seçimində səhv etməmək üçün nələrə diqqət yetirilməlidir? Bu suallara 2 noyabr saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Memarlıq və İnşaat Universitetinin müəllimi, arxitektor İlqar Əliyev və onun tikinti sektorundakı həmkarları cavab verəcəklər.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru
Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində — Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.