BAKI, 30 oktyabr — Sputnik. Bu gün səhər saatlarından Bakı-Sumqayıt yolunda görünməmiş tıxac yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, 06:30 radələrindən başlayan tıxac, minlərlə insanın mənzil başına gecikməsinə səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, tıxaca, Bakı-Sumqayıt yolunda baş verən qəza və bir avtobusun xarab olaraq iki zolağı tutması səbəb olub. Yolda sıxlığın hələ də davam etdiyi bildirilir.