BAKI, 30 oktyabr — Sputnik. 61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə "ASAN xidmət" mərkəzinə müraciəti, "ASAN xidmət" mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a "ASAN xidmət" mərkəzindən məlumat verilib.
© Photo : ASAN-in mətbuat xidmətiGəncə sakini Salman Cəlilov
Gəncə sakini Salman Cəlilov
© Photo : ASAN-in mətbuat xidməti
Salman Cəlilov Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb. 18 milyonuncu vətəndaş müraciətinin sahibi Salman Cəlilov "ASAN xidmət" tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.