Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Santa-Klaus insanlara atəş açdı: xəsarət alanlar var

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidСанта-Клаус, фото из архива
Санта-Клаус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da "Santa-Klaus" şənlik iştirakçılarına atəş açıb: xəsarət alanlar var

BAKI, 29 oktyabr — Sputnik. ABŞ-ın Texas ştatının Ostin şəhərində əynində Santa-Klaus paltarı olan şəxs şənlik iştirakçılarına atəş açıb.

"Report"un məlumatına görə, bu barədə "My Statesman" nəşri polisdəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha bir yaralı isə tibbi yardımdan imtina edib.

Hücum edən şəxs hadisə yerində həbs edilib. Ona tibbi yardım göstərilsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsə qarşı hər hansı fiziki güc tətbiq etmədiklərini bildiriblər.

İstintaqın məlumatına görə, hücum edən şəxs xəsarət alanlarla tanış imiş və şənliyə qonaq kimi gəlib. Cinayətin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Xəbər lenti
0