BAKI, 29 oktyabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, NATO ölkələrinin də təhlükə altında olduğunu deyib.
"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir" — deyə Stoltenberq bildirib.
Baş katib qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb.