SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin müdafiə nazirindən mühüm Qarabağ bəyanatı

© Photo : Facebook / NurettinCanikliTürkiyənin müdafiə naziri Nurəddin Canikli
Türkiyənin müdafiə naziri Nurəddin Canikli - Sputnik Azərbaycan
Abunə olmaq
Nurəddin Canikli: "Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir"

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, torpaqların azad olunması üçün güclü dövlət olmaqla yanaşı, ölkənin müdafiə və hərbi sistemini də gücləndirmək lazımdır. O, Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini bildirib:

"İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq".

N.Canikli həmçinin deyib: "Hamı bilsin ki, Azərbaycan və Türkiyə hərbi qüvvələri bu vaxta qədər bir-birlərinə lazımi dəstək verib və bundan sonra da dəstək veriləcək".

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlığın gücləndirilməsi üçün xüsusi bir sazişə ehtiyac yoxdur:

"Azərbaycan və Türkiyə bir-birlərinə hər cür dəstək göstərir. Azərbaycan xalqının hər hansı bir tələbi Türkiyə üçün əmrdir. Eyni zamanda, Azərbaycan da Türkiyədən hər hansı bir tələb olduqda əlindən gələni yerinə yetirir".

N.Canikli qeyd edib ki, Türkiyə və Azərbaycanın bir-birinə ehtiyacı var və hər iki dövlət öz səylərini müxtəlif sahələrdə birləşdirirlər: "Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" olduqları üçün Azərbaycanın gücü Türkiyənin gücüdür".

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə bundan sonra da birgə hərbi təlimlərin keçirilməsinə ciddi önəm verəcək:

"Hər iki ölkədə müdafiə sənayesini inkişaf etdirmək və bir-birimizə dəstək vermək çox önəmlidir".

Xəbər lenti
0