CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik saatların geri çəkilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidSaat
Saat - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əksər ölkələrdə saatların geri çəkilməsi ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

BAKI, 28 oktyabr — Sputnik. “Beynəlxalq təcrübəyə əsasən dünya üzrə vaxt zonalarının vahid verilənlər bazası (TZ database) Internet Assigned Numbers Authority (IANA) tərəfindən aparılır. Bu mənbə bütün proqram və avadanlıq istehsalçıları üçün əsas istinad yeridir və buradakı düzəlişlərə mütləq riayət edilir. Ölkəmizdən, o cümlədən tərəfimizdən edilmiş müraciətlərə əsasən artıq 23 mart 2016-cı il tarixində bu verilənlər bazasında Azərbaycanın vaxt zonası məlumatları düzgün göstərilib və yay vaxtına keçidin olmadığı qeyd edilib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Qeyd olunub ki, hazırda əsas proqram təminatı, kompüter, server, mobil telefon və s. istehsalçılarının məhsullarında bu məqam nəzərə alınıb: “Əgər hər hansı bir problem varsa, proqram təminatının yenilənməsi həyata keçirilməlidir. Həmçinin ”tarix və vaxt” menyusundan “avtomatik” rejimin seçməməklə də bu problem aradan qaldırıla bilər”.

Nazirliyin açıqlamasında xatırladılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı qərarı ilə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarı ləğv edilib: “Bu səbəbdən 2016-cı ilin mart ayından yay vaxtı tətbiq edilmir. 2017-ci ildə Azərbaycanda yay vaxtına keçid həyata keçirilmədiyi üçün oktyabr ayında saatlar geri çəkilməyəcək”.

Xəbər lenti
0