NATO-dan "Kataloniya" açıqlaması

© REUTERS / Francois LenoirNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Yens Stoltenberq təhlükəsizliyin təmin olunması məsələlərində İspaniyanın vacib müttəfiq olduğunu bildirib

BAKI, 28 oktyabr — Sputnik. "Kataloniya məsələsi İspaniya Konstitusiyasına uyğun həll olunmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, bu barədə özünün “Twitter” hesabında yazıb.

Baş katib, Kataloniya problemini konstitusion yolla həll etməyə çağırıb.

Yens Stoltenberq təhlükəsizliyin təmin olunması məsələlərində İspaniyanın vacib müttəfiq olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Dünən Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.

Xəbər lenti
0