BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanda da çoxlu sayda dinləyicisi olan, Türkiyənin "Ayna" qrupunun solisti Erhan Güleryüz tanınmaz hala düşüb. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən məlumat verir.
Müğənni Erhan Güleryüz dünən gecə İstanbuldakı barlardan birində 2 qadınla masada içki içərkən görüntülənib. Operatorların onu çəkdiyini görən müğənni üzünü gizlətməyə çalışsa da, buna müvəffəq ola bilməyib.
Musiqidən uzaqlaşan 51 yaşlı solistin içkiyə qurşandığı haqda şaiyələr dolaşır. Görüntülər yayılan şaiyələrin doğru olma ehtimalını gücləndirir.