Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı metrosunda baş verən dəhşətli qəzanın növbəti ildönümüdür

© Sputnik / Pavel Balabanov / Mediabanka keçidЗдание станции метро "Нариман Нариманов"
Здание станции метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi

BAKI, 28 oktyabr — Sputnik. 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, 22 il öncə baş verən hadisə zamanı "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.

Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, terror aktı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti
0