Paytaxt meri istefa verdi

© AFP 2024 / ADEM ALTAN Ankara Büyükşehir Belediye Başkanı Melih Gökçek
Ankara Büyükşehir Belediye Başkanı Melih Gökçek - Sputnik Azərbaycan
Abunə olmaq
Gökçek 23,5 il idi bu vəzifədə çalışırdı

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə başçısı Melih Gökçek bu gün vəzifəsindən istefa verib.

Gökçek tutduğu vəzifəni prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə tərk etdiyini açıqlayıb. “İstefamı Rəcəb Tayyib Ərdoğan istədi. Uğursuz çalışdığım üçün, yorğun olduğum üçün getmirəm, sadəcə, ölkəmi lider ölkə edəcəyinə inandığım Ərdoğanın tələbini yerinə yetirirəm. Liderimiz Ərdoğanın əmrinə əməl edərək bələdiyyə başçısı vəzifəsindən ayrılıram ” — deyə o, vida çıxışında söyləyib.

M. Gökçek 23,5 il idi bu vəzifədə çalışırdı. 

Xəbər lenti
0