BAKI, 28 oktyabr — Sputnik. Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, qanuna əlavə olunan yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılacaq.
Həmçinin müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçiriləcək.