Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Düzgün qidalanmamaq uşaqlarda hansı xəstəliklərə səbəb olur

CC0 / SeppH / BabyРука младенца, фото из архива
Рука младенца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düzgün qidalanmamaq uşaqlarda qanazlığı, raxit, qəbizlik, piylənmə kimi xəstəliklərə səbəb olur

BAKI, 28 oktyabr — Sputnik. Körpələrin sağlam inkişafında qidalanmanın böyük əhəmiyyəti var. Ona görə də valideynlər övladlarının qida rejiminə, düzgün qidalanmasına və qəbul etdikləri ərzaqların keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər.

AZƏRTAC xəbər verir ki, uşaqların sağlamlığının qorunmasında qidalanmasının rolu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva universitetin mətbuat xidmətinə müsahibəsində danışıb.

Həkim deyib: “Uşağın sağlamlığı genetik amillərlə yanaşı, həm də düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərə bağlıdır. 

Darçın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qatığa darçın töküb yesəniz... - Faydaları

Fiziki və zəka inkişafının təmin edilməsi və infeksiyalara qarşı müqavimətin yaranmasında qidalanmanın çox böyük əhəmiyyəti var. Belə ki, düzgün qidalanmamaq qanazlığı, raxit, qəbizlik, piylənmə kimi bir sıra xəstəliklərə səbəb olur. Bunları nəzərə alaraq müayinə etdiyimiz uşaqların ailələrinə hər müayinədə yazılı tibbi maarifləndirmə, qidalanma, inkişaf və təhlükəsizliklə bağlı məsləhətlər veririk”.

Uşaqlarda sinir-psixi inkişaf müayinəsinin vacibliyindən danışan pediatr, bunun uşaq müayinəsinin əsas hissəsi olduğunu qeyd edib: “Misal üçün hər bir körpə duyma, düşünmə, görmə, nitq, hərəkət kimi həyat üçün vacib beyin funksiyalarına cavabdeh təqribən 100 milyar sinir hüceyrəsi (neyron) ilə doğulur. Neyronlar “sinaps” adı verilən kiçik boşluqlarla bir-birinə bağlanaraq beynin müxtəlif funksiyalarını yerinə yetirən bağlantılar əmələ gətirirlər. Bu bağlantı yerləri beynin fəaliyyəti üçün vacib olan elektrik siqnallarının yayıldığı sahələrdir. Həyatın ilk 5 ilində milyardlarla neyronlar aralarında trilyonlarla sinaptik əlaqə yaranır. Doğumdan sonrakı 8 ay boyunca artıq 1000 trilyon sinaps əmələ gəlir. Beyin “istifadə et və ya itir” prinsipi ilə çalışır. Beyində yetərincə sinaptik əlaqə əmələ gəlməsini təmin etmək üçün valideynlərin, uşaqla məşğul olan insanların, xüsusilə, ilk üç ildə stimuləedici yanaşmaları vacibdir”.

Xəbər lenti
0