BAKI, 28 oktyabr — Sputnik. BMT-nin baş katibi Antoniu Quterriş Mәrkәzi Afrika Respublikasının Mәclisindә çıxış edib. Sputnik Azərbaycan bu barədə təşkilatın rəsmi saytına istinadən xəbər verir.
O, çıxışı zamanı ölkәdә yaşayan müsәlmanların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Müsəlmanlara qarşı olan zorakılıq hallarının qəbuledilməz olduğunu vurğulayan Qutteriş: "Bu cür hallara son qoymaq üçün birləşməliyik" deyib.
Ölkədə artan zorakılığın dayandırılmasının vacibliyini vurğulayan baş katib, "Dünyanın heç bir yerində sülh xarici qüvvələrin müdaxiləsi ilә tәmim oluna bilmәz’’ deyib.