Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə yerləşən bu kənddəki "Ayı dərə" adlı ərazi dağlarla əhatə olunub. Kənd sakini Nadir Nuruşovun sözlərinə görə, bu əraziyə daha çox yay mövsümündə gəlirlər.
"Burada qışın bir ayrı özəlliyi var. Təbiət çox gözəl, dağlar əzəmətli görünür. Qarda doyunca sürüşmək, qartopu oynamaq, qardan adam düzəltmək isə yəqin ki, hər bir uşağın arzusudurr" — deyə kəndin sakini bildirir.