CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınlarla bağlı yüngülləşdirici qərar qəbul olundu

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar indiyədək 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı

BAKI, 28 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) azadlığın məhdudlaşdırılması əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, 121-ci maddənin sanksiyasında "üç" sözündən əvvəl "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, ananın yeni doğduğu uşağı, doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə göstərilir ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0