SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda yeni partiya: Qurultay gələn aya ertələndi

© Photo : Facebook / respublikaciRespublikaçı Alternativ Hərəkatını rəhbərliyinin mətbuat konfransı, 27 oktyabr 2017-ci il
Respublikaçı Alternativ Hərəkatını rəhbərliyinin mətbuat konfransı, 27 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
REAL qərar verdi: Noyabr-dekabr aylarında partiyanın təsis qurultayı olacaq

BAKI, 27 oktyabr — Sputnik. Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu REAL rəhbərliyi bu gün keçirilən mətbuat konfransında bəyan edib. Qurultayın təxirə salınmasına səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yer ayırmaqdan imtina etməsi olub.

Təşəbbüs Qrupunun üzvləri bu gün keçirdikləri mətbuat konfransında yerlə bağlı dövlət orqanlarına yenidən müraciət edəcəklərini bildiriblər.

Qeyd olunub ki, qurultayın 4, 5, 11, 12, 18, 19, 25, 26 noyabr tarixlərindən birində, yaxud dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür. "İstənilən cavabdan asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək" — deyə REAL rəhbərliyi vurğulayıb.

Mətbuat konfransında Fransanın, Böyük Britaniyanın, Norveçin, Almaniyanın, Hollandiyanın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin Avropa Şurasının nümayəndəsi iştirak edib.

Real Alternativlər Partiyası Respublikaçı Alternativ Hərəkatının (REAL) əsasında təsis edilib.

REAL 2009-cu ilin yanvar ayında bir qrup gənc intellektual və yeni nəsil siyasətçilər tərəfindən yaradılıb. Hərəkatın qurucularından biri və lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra o, AR Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) və 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə — həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham edilib. 2014-cü ilin martın 17-də məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0