Tanınmış agentlik üçün əlamətdar gün

© Photo : Facebook / Parvin AbbasovReport informasiya agentliyinin əməkdaşları
Report informasiya agentliyinin əməkdaşları - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün "Report" İnformasiya Agentliyinin 3 yaşı tamam olur

BAKI, 27 oktyabr — Sputnik. Bu gün "Report" İnformasiya Agentliyinin 3 yaşı tamam olur. Bu illər ərzində agentlik bütün sahələr üzrə operativ və dəqiq informasiyalar dərc etdiyi üçün qısa bir zamanda geniş oxucu kütləsi qazana bilib.

Onu da qeyd edək ki, "Report"un nəinki Azərbaycan ərazisi üzrə, eyni zamanda Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir. Saytda 3 dildə (Azərbaycan, rus, ingilis) xəbərlər yayımlanır.

Sputnik Azərbaycan "Report" İnformasiya Agentliyini təbrik edir. Qarşıdan gələn illərdə uğurlar arzulayır.

Xəbər lenti
0