Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quşbazlar cəzalandırıldı

© Sputnik / Ulyana Solovyeva / Mediabanka keçidВсероссийские соревнования охотников с ловчими птицами "Слёт сокольников – 2017"
Всероссийские соревнования охотников с ловчими птицами Слёт сокольников – 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-sərbəst şəkildə saxlanılan heyvan və quşlar aşkar edilib

BAKI, 27 oktyabr — Sputnik. "Heyvanlar aləmi haqqında" və "Ovçular haqqında" qanunların tələblərinə riayət olunması ilə bağlı reydlər keçirilir. Reydlər zamanı qanunsuz ov edilməsi, təbiətdən qanunsuz olaraq götürülmüş vəhşi heyvan və quşların saxlanılması faktları aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

Qırğı, arixv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəhşi quşa görə 500 manat cərimə

O bildirib ki, bununla bağlı 9 ay ərzində 110 nəfər saxlanılıb. Həmin şəxslərdən 90 ədəd tüfəng, 396 patron, 40 qanunsuz ovlanmış və ya saxlanmış quş, 14 heyvan götürülüb: "Ümumilikdə 98 nəfər 91900 manat məbləğində cərimə edilib, qanunsuz ovlanmış heyvan və quşlara görə, 3891 manat məbləğində ziyan tətbiq edilmiş, 13 iş şəxsiyyətləri müəyyən edilməsi üçün hüquq mühafizə orqanlarına təqdim olunub".

Mirzəyevin sözlərinə görə, ayrı-ayrı bölgələrdə restoranlarda, istirahət mərkəzlərində təbiətdən qanunsuz olaraq götürülüb, qeyri-sərbəst şəkildə saxlanılan heyvan və quşlar aşkar edilib: "Ceyran, ayı, şahin quşu, Dağıstan turu heyvanları götürülüb və Altıağac Milli Parkının Reabilitasiya mərkəzinə və Klinikasına təhvil verilib. Və 8 fakt üzrə sahibkarlar, hər biri 500 manat məbləğində cərimələnib. Reydlər davam etdirilir".

Xəbər lenti
0