Qara buludlar geri qayıdır, xəbəriniz olsun

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əhalini xəbərdar edir

BAKI, 27 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-23° isti, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq da edir: Oktyabrın 28-i gündüzdən ayın sonunadək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 28-i axşamdan 29-u səhərədək ayrı-ayrı yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xəbər lenti
0