Ramella İbrahimxəlilova: "Qanuni oğrular savadlı adamlardan daha yaxşı yaşayırlar"
"Son zamanlar "qanuni oğru"lar Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsində populyarlıq və hörmət qazanıblar". Bunu Sputnik Azərbaycan-a açıqlamasında kriminal xəbərlər üzrə ixtisaslaşmış jurnalist Ramella İbrahimxəlilova bildirib. Onun sözlərinə görə, "qanuni oğru" anlayışı 1930-cu illərdə postsovet məkanında yaranıb.
"Biz görürük ki, bir çox uğur qazanmış iş adamları da keçmişdə adi reket və şantajla məşğul olublar", — deyə o bildirib.