Sahib Məmmədov: “Hökumətin səylərinin effektiv bir nəticəsi yoxdur”
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi nəticəsində işçilərin 35%-də əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, əmək müqaviləsi bağlanmayıbsa, işçinin hüquqlarının qorunmasından söhbət gedə bilməz: “Əmək müqaviləsinin olmaması o deməkdir ki, işçi heç nədən sığortalanmayıb. Bununla bağlı hökumətin səyləri olsa da, hələ ki, effektiv bir nəticə yoxdur. Əslində nəticələr deyilən faizdən daha yüksəkdir”.