BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin İzmir şəhərinin Bornova rayonunda, içərisində polis əməkdaşları olan avtomobil qəzaya düşüb. Hadisə nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. Hadisənin baş verməsinə səbəb kimi, polisləri daşıyan avtomobilin başqa bir mülki avtomobil tərəfindən sıxışdırılıması göstərilir.
Yaralı polislər xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, onların vəziyyəti ağırdır.