SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İspaniya hökumətindən Kataloniyaya daha bir zərbə

© REUTERS / Yves HermanНеофициальный флаг Каталонии,, вывешенный на балконе одного из домов в Барселоне, 5 октября 2017 года
Неофициальный флаг Каталонии,, вывешенный на балконе одного из домов в Барселоне, 5 октября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib

BAKI, 27 oktyabr — Sputnik. İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması barədə qərar qəbul edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu İspaniyanın baş naziri Mariano Rahoy bəyan edib.

Yeni seçkilərin dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Kataloniya lideri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumət üzvləri vəzifələrindən kənarlaşdırılıblar.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.

Xəbər lenti
0