BAKI, 27 oktyabr — Sputnik. 2016-cı ildə qızılca xəstəliyindən təxminən 90 000 nəfər həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, 2000-ci ildə bu rəqəm 550 000-dən çox olsa da, hazırda bu say 84 faiz azalıb.
Məlumatda bildirilir ki, 2000-ci ildən bəri təxminən 20, 4 milyon insanın həyatını xilas etmək üçün peyvəndləmə işləri aparılıb və uşaqlara təxminən 5, 5 milyard qızılca əleyhinə peyvəndlər verilib.
Qeyd olunur ki, dünyada 20.8 milyon uşağa hələ də qızılca peyvəndi edilməyib. Bu uşaqlar Nigeriyada (3.3 milyon), Hindistanda (2.9 milyon), Pakistanda (2 milyon), İndoneziyada (1.2 milyon), Efiopiyada (0.9 milyon) və Konqo Demokratik Respublikasında (0.7 milyon) yaşayır. Bundan başqa Avropa və Şimali Amerikada uşaqlar sətəlcəm, diareya, ensefalit, korluq və s. sağlamlıq riskləri ilə qarşılaşır.