BAKI, 27 oktyabr — Sputnik. Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Sputnik Azərbaycan "Anadolu"-ya istinadən xəbər verir ki, dövlət başçısı Bakıya oktyabrın 30-da gələcək.
Ərdoğan həmin gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan lideri İlham Əliyev, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Giorgi Kvirkaşvili iştirak edəcəklər.
Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti 6-cı toplantısı keçiriləcək. Türkiyə lideri iclasda iştirak edəcək.