BAKI, 27 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 200-cü maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) azadlığın məhdudlaşdırılması əlavə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, 200.3-cü maddənin sanksiyasında "üç" sözü "iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki" sözləri ilə əvəz edilib.
Təklif olunan mətndə deyilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasınınmaşınınilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mövcud mətndə isə göstərilir ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, burada 3 ilədək müddətə azadlıqdan məhrum etmə də 2 ilədək müddətə endirilib.
Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.