Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Qazax yolunda dəhşətli avtobus qəzası, xəsarət alanlar var

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

BAKI, 27 oktyabr — Sputnik. Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə magistralın Ağdaş rayonu, Əmirarx kənd ərazisindən keçən hissəsində baş verib. "İkarus" markalı avtobus "Kamaz" markalı yük maşını ilə toqquşub.

Nəticədə "İkarus"un sürücüsü, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Elşad Məmmədov ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun bir ayağı amputasiya edilib. Qəza nəticəsində daha bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0