ATV-nin yeni rəhbərliyi arasında böyük qalmaqal

© Sputnik / Murad OrujovПульт дистанционного управления телевизором, фото из архива
Пульт дистанционного управления телевизором, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir

BAKI, 27 oktyabr — Sputnik. Bu yaxınlarda "Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib. Sputnik Azərbaycan olke.az-a istinadən xəbər verir ki, buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.

Vüqar Qaradağlı, arxiv şəkli - Sputnik Azərbaycan
ATV kanalının prezidenti dəyişdi

"Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra, cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib" — deyə məlumatda bildirilir.

Başqa məlumata görə, ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır: "Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir".

Vüqar Qaradağlı - Sputnik Azərbaycan
ATV-nin işdən çıxarılmış rəhbəri "üsyan etdi": "Nə istəyirsiniz məndən?"

"ARB Media Qrup"un rəsmisi İsmayıl Həsənov məsələ ilə bağlı açıqlama verib: "KİV-də "ARB Kəpəz" telekanalının baş direktoru Fuad Cabbarovun vəzifəsindən azad olunaraq, başqa bir televiziyada rəhbər vəzifəyə təyin olunduğu barədə məlumat yayılmışdı. "ARB Media Qrup" olaraq bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyə ehtiyac görməmişdik. Həmçinin, digər telekanaldan da təyinatla bağlı açıqlamaya rast gəlməmişəm. Bildirmək istəyirəm ki, Fuad Cabbarov işindən ayrılmayıb, o, son on gün ərzində şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdi, artıq Gəncəyə qayıdıb və hazırda da "ARB Kəpəz" telekanalına rəhbərlik edir".

Xatırladaq ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra, vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib.

Xəbər lenti
0