Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beş ay əvvəl okeanda itən qızlardan xəbər var

© Sputnik / Yekaterina Chesnokova / Fotobanka keçməkOkean, arxiv şəkli
Okean, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Qızların sözlərinə görə, yola çıxarkən götürdükləri ehtiyat makaron və taxıl çeşidləri onları acından ölməyə qoymayıb

BAKI, 27 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları dəniz qüvvələri Sakit okeanda 5 ay əvvəl itkin düşən iki nəfər dənizçi qız və onların iki köpəyini xilas edib.

Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, Havay adalarından Haitiyə gedərkən iki qadın açıq dənizdə beş ay itkin düşüb. Yaxtada olan iki qadın və iki it ABŞ-ın “Ashland” hərbi-desant gəmisinin əsgərləri tərəfindən xilas edilib.

Amerikalı Cennifer Appel və onun rəfiqəsi yaponiyalı Taşa Fuaba may ayında Haitiyə səyahətə getmək qərarına gəliblər. Lakin fırtına zamanı yaxtanın mühərriki zədələnib. Daha sonra isə güclü külək onları açıq dənizə doğru aparıb. Xilas olunmaq üçün çoxsaylı siqnallar göndərsələr də, nəticəsiz qalıb. Çünki onlar sahildən çox uzaqda olublar. Yaxınlıqda isə gəmi olmayıb.

Qızların sözlərinə görə, yola çıxarkən götürdükləri ehtiyat makaron və taxıl çeşidləri onları acından ölməyə qoymayıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала