CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kütləvi toplantılarla bağlı qanun sərtləşdirildi

© Sputnik / Murad OrujovНаручники и пачки денег на столе, фото из архива
Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud maddəyə "azadlığın məhdudlaşdırılması" cəzası əlavə edilib

BAKI, 26 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 169-cu maddəsinə (Toplantıları keçirmə qaydasını pozma) "azadlığın məhdudlaşdırılması" cəzası əlavə edilib. Sputnik Azərbaycan xəbər verir ki, 169.1-ci maddədə edilən dəyişikliyə əsasən, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

169.2-ci maddədə deyilir ki, toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0