BAKI, 26 oktyabr — Sputnik. ABŞ Suriyanın gələcəyində Bəşər Əsədin yerinin olmadığını düşünür.
Bunu ABŞ dövlət katibi Reks Tillerson deyib.
BMT-nin Suriya məsələsi üzrə nümayəndəsi Stefan de Mistura ilə görüşdəbn sonra jurnalistlərə açıqlama verən R. Tillerson Bəşər Əsədin hər hansı rol oynamayacağı bütöv Suriyaya tərəfdar olduqlarını bildirib: "Əsəd ailəsinin dövrü başa çatıb, önəmli olan bunun necə gerçəkləşəcəyi məsələsidir".