BAKI, 26 oktyabr — Sputnik. "Espresso" telekanalı Ukrayna Ali Radasının deputatı İqor Mosiyçukun yaralandığı və iki nəfərin öldüyü partlayış anının videosunu yayımlayıb.
Videoçarxda 3 nəfərin binadan çıxdığı görünür. Elə bu an həyətdə park edilmiş nəqliyyat vasitəsi partlayır. Partlayış anından az əvvəl maşınların yanından bir kişinin keçdiyi görünür.
Radikal partiyanın deputatına qarşı təşkil olunan sui-qəsd oktyabrın 25-də, Adam Mitskeviç küçəsində, "Espresso" telekanalının redaksiyası yaxınlığında yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında baş verib.
Radikal partiyasının lideri Oleq Lyaşkonun verdiyi məlumata görə, partlayış nəticəsində iki polis — Mosiyçukun mühafizəçisi Ruslan Kuşnir və qonşuluqda yaşayan 36 yaşlı polis kapitanı Mixail Mormel vəfat edib.
Ekspert-kriminalistlər müəyyən ediblər ki, partlayıcı qurğu maşının yanındakı motorollerə quraşdırılıb.
Partlayış faktı ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə ("Terror aktı") cinayət işi açılıb. İşi Ukrayna Təhlükəsizlik Xidməti araşdırır.