Cazmen Bakıda öz zəngin proqramını həm də Yalçın Adıgözəlovun rəhbərliyi altında Sinfonnietta Baku orkestrinin müşayiəti ilə təqdim edib. Gecənin sürprizi Qalyanonun istedadlı akkordeonçu Seymur Həsənovla (I am Jazzman müsabiqəsinin qalibi) birgə çıxışı olub.
Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edir.
Sputnik Azərbaycan festivalın informasiya tərəfdaşıdır.