CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-dən xəbərdarlıq: "Bizimlə pis zarafat edənləri cəza gözləyir"

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rza Xudiyev: "Biz yanğınlar zamanı təşəkkürlər də alırıq, təhqir də olunuruq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Çox zaman yanğın hadisələri zamanı, "yanğınsöndürən yanğın bitəndən sonra gəldi", "yanğınsöndürənlər gec gəldi" sözləri ilə qarşılaşırıq. Evi, əmlakı yanan insan üçün hər saniyə bir əsr kimi keçdiyindən, bəzən vətəndaşlar yanğınsöndürənlərə qarşı qərəzli olurlar. Amma bəzi hallarda yanğınsöndürənlərin hadisə yerinə bir qədər gecikmə ilə çatması halları da olur.

© Sputnik / Irade JELILDövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev - Sputnik Azərbaycan
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (YMX) rəisi müavini, daxili xidmət polkovniki Rza Xudiyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, yanğın avtomobilləri çox sürətlə hərəkət edə bilməz: "Onlar su daşıyan avtomobillərdir. Balaca bir döngəni sürətlə keçmə avtomobilin aşmasına səbəb ola bilər. Aşmaya meylli olan texnikalar arasında yanğın avtomobilləri birinci yer tutur".

"Yəqin ki, yanacaq daşıyan avtomobillərinin silindrik formada olduğunu bilirsiniz. Çünki döngələrdə içəridə olan maye ləngər vurub avtomobili aşıra bilər. Yanğın avtomobillərində sürücü sürəti düzgün seçməsə, avtomobilin aşması ilə nəticələnə bilər. Bu, bizim praktikamızda baş verib. Yanğın avtomobili yanğın yerinə 5-10 dəqiqəyə gedə bilər. Yollarda tıxac olduğunu da bilirsiniz. Biz adi bir yanğına Bakı şəhərində 3, digər şəhər və rayonlarda isə 2 yanğın avtomobili göndəririk" — polkovnik bildirir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yanğından Mühafizə Xidmətinin rəis müavini: "Evin hər yeri yanmışdı, "Quran"dan başqa"

R. Xudiyevin sözlərinə görə, buna baxmayaraq gecikmələr baş verir: "Buna görə də bəzən yanğınsöndürənlər vətəndaşların təhqirlərinə də məruz qalırlar. Kiminsə evi yanır. Bizə məlumat verilir və biz hadisə yerinə 5 dəqiqəyə çatırıqsa, bu 5 dəqiqə evi yanan adam üçün böyük zamandır. Çünki evi yanır. İnsanların illərlə qazandıqları ev-eşik 5 dəqiqəyə yanıb kül olur. Biz onları da başa düşürük. Və baş verən yanğının qarşısını almaq üçün əlimizdən gələni əsirgəmirik".

Xidmət rəisi, YMX-yə yalan çağırışlar edildiyini də qeyd edir: "Çağırış edənlərin telefon nömrələri qeydə alınır və belə çağırışlar təkrarlandığı halda həmin nömrələr hüquq-mühafizə orqanlarına ötürülür. Biz bu il 1278 yalan çağırışa çıxmışıq. Bura siqnalizasiya da aiddir. Elə obyektlər var ki, siqnalizasiya ilə təchiz edilib. Siqnal çalan kimi xəbər gəlir ki, müəyyən ərazidə siqnalizasiya işə düşüb".

"Ancaq onu da deyim ki, siqnalizasiyaların 99 faizi səhvən işə düşə bilir. Bu, texnikadır, texnikada hər şey ola bilər. Amma biz məlumat alan kimi öz avtomobilimizi göndəririk. Ərazinin məsul şəxsi yanğının olmadığını təsdiqləyəndən sonra avtomobillər geri qayıdır. Yaxud da, kimsə zəng vurub, deyir ki, filan yerdə yanğın var. Yanğın avtomobili gedir və görür ki, yanğın yoxdur" — Xudiyev vurğulayır.

Əlavə edir ki, onlar edilən bütün çağırışları qeydə alırlar: "O şəxslər ki, daim bizimlə belə "zarafatlar" edir, onlar məsələnin vacibliyini başa düşmürlər. Onlar başa düşmürlər ki, sənin zənginlə yalan çağırışa avtomobil göndərilir və eyni zamanda başqa yerdə yanğın baş verə bilər, avtomobil yalan çağırışa getdiyinə görə, həqiqi yanğının söndürülməsinə gecikə bilər".

"Zarafat edənlər başa düşməlidirlər ki, yalan çağırış başqa bir yanğının gec söndürülməsinə səbəb ola bilər. Bizə hər gün yüzlərlə belə yalan çağırışlar daxil olur. Biz bütün nömrələri qeydə alırıq. Şəhər nömrələri, mobil nömrələr. Onların danışıqları qeydə alınır və həmin şəxslərin nömrələri məktub şəklində polis idarələrinə təhvil verilir. Onlar polis tərəfindən məsuliyyətə cəlb edilir və cərimə edilirlər" — müsahibimiz diqqətə çatdırır.

Xəbər lenti
0