Keçmiş baş nazir barəsində həbs qərarı verildi

Abunə olmaq
Onun məhkəmə dinləməsinə gəlməsi haqqında götürdüyü möhlət başa çatıb

BAKI, 26 oktyabr — Sputnik. Pakistan məhkəməsi, korrupsiya işi ilə bağlı dinləmələrə gəlmədiyi üçün, keçmiş baş nazir Nəvaz Şərif barəsində həbs qərarı çıxarıb. Sputnik Azərbaycan bu barədə News.com-a istinadən xəbər verir.

Keçmiş hökumət rəhbərinin vəkili mətbuata bildirib ki, Navaz Şərif, xanımı Bəyim Gülcümün xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilmir. Ancaq bununla belə hakim qərarını dəyişməyib. Sabiq baş nazirin məhkəmə dinləməsinə gəlməsi haqqında götürdüyü möhlət də başa çatıb.

Qeyd edək ki, Navaz Şərif hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır.

Xəbər lenti
0