CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi son rəqəmi açıqladı

CC BY 2.0 / Walt Stoneburner / She Captured My HeartСилуэт женщины, фото из архива
Силуэт женщины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qurbanların reabilitasiya və reinteqrasiyası üçün 12 nəfər insan alveri qurbanı Gəncə şəhərində yerləşən "Təmas" Regional İnkişaf İB -nə yerləşdirilib

BAKI, 26 oktyabr — Sputnik. 2017-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 81 nəfər müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin direktoru Nəzakət Balabəyova məlumat verib.

O bildirib ki, zərərçəkmişlərdən 58 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən, 23 nəfəri isə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilib: "Mərkəzdə insan alveri qurbanlarına 11 nəfərə məşğulluğun təmin edilməsi ilə, 4 nəfərə peşə kurslarına cəlb olunma ilə bağlı, 18 nəfərə tibbi yardım, 32 nəfər psixoloji yardım, 25 nəfərə hüquqi yardım göstərilib. Qurbanların reabilitasiya və reinteqrasiyası üçün 12 nəfər insan alveri qurbanı Gəncə şəhərində yerləşən "Təmas" Regional İnkişaf İctimai Birliyinə yerləşdirilib".

Balabəyovanın sözlərinə görə, potensial insan alveri qurbanlarına 5 nəfər məşğulluğun təmin edilməsi ilə bağlı, 2 nəfərə peşə kurslarına cəlb olunma ilə bağlı, 16 nəfərə tibbi yardım, 11 nəfərə psixoloji yardım, 18 nəfərə hüquqi yardım göstərilib.

Xəbər lenti
0