BAKI, 26 oktyabr — Sputnik. İstanbulda 52 mərtəbəli göydələnin 15-ci mərtəbəsində yanğın başlayıb. Bu barədə Sputnik Azərbaycan Haberturk-ə istinadən məlumat verir.
Bina şəhərin Ataşehir istiqamətindədir. Məlumata əsasən, hadisə yerinə yanğınsöndürən və xilasedicilər gəlib, binadan insanların təxliyyəsinə başlanılıb. Hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
Yanğının səbəbləri haqqında məlumat verilmir.