ELM

Məktəblilər üçün maraqlı yenilik

© Sputnik / Irade JELILSeyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd insana kapital olaraq yanaşmanı cəmiyyət içərisində təbliğ etməkdən ibarətdir

BAKI, 26 oktyabr — Sputnik. Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açılışda çıxış edən gimnaziyanın direktoru və layihə rəhbəri Xuraman Osmanova layihə barədə məlumat verib.

© Sputnik / Irade JELILSeyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi  - Sputnik Azərbaycan
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi

Onun sözlərinə görə, "Fərdi İnkişaf Məktəbi" layihəsini həyata keçirməkdə əsas məqsəd məktəblilərin əsl vətəndaş, şəxsiyyət olaraq formalaşmasına kömək etmək, onların potensialını doğru qiymətləndirmək, həmçinin insana kapital olaraq yanaşmanı cəmiyyət içərisində təbliğ etməkdən ibarətdir: "Fərdi inkişaf insanın ən yüksək potensialını ortaya çıxartmaqda, bu potensialı ən yaxşı şəkildə idarə etmək və ondan səmərəli istifadə etmək yollarını müəyyən etməkdə vacib rol oynayır. İnsan kapitalına xüsusi dəyər verən dövlətimiz sağlam cəmiyyətin formalaşması üçün intellektual, bacarıqlı, innovativ, kreativ yeniyetmə və gənclərin yetişdirilməsini əsas prioritet sayır. Bu istiqamətdə doğru yol göstərəcək, daha təcrübəli şəxslərin müsbət müdaxiləsi önəmli faktordur".

© Sputnik / Irade JELILSeyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi  - Sputnik Azərbaycan
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi

Layihənin açılışında Valideyn Müəllim Assosasiyasının sədri, müəllim heyəti, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Daha sonra təlimçilər təqdim olunub və layihə çərçivəsində görüləcək işlər barədə layihə iştirakçılarına məlumat verilib.

40 gün davam edəcək layihə çərçivəsində müxtəlif mövzularda: motivasiya, təsirli ünsiyyət və inandırma, sinerjinin gücü, konsentrasiya və fokuslanma, liderlik, vaxtın idarə edilməsi, peşə seçimi, imtahanlarda stress idarə edilməsi, ailədaxili düzgün münasibət və ünsiyyət formaları, qərar qəbul etmə, etik və protokol qaydalar və s. təlim və seminarların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0