ELM

Dilimizə yeni sözlər daxil edildi

© Sputnik / Murad OrujovAzərbaycan dilinə daxil edilmiş yeni sözlər
Azərbaycan dilinə daxil edilmiş yeni sözlər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan dilinə yeni sözlər əlavə olundu

BAKI, 26 oktyabr — Sputnik. Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: "Zaryadka" — "yükləmə", "adapter" – "yükləyici", "embarqo" — "qadağa", "evakuasiya" — "köçürülmə", "proqnoz" – "öncəgörmə", "konsensus" – "yekdillik", "kserokopiya" – "üzçıxarma", "like" — "bəyənmə", "mesaj" – "ismarıc" kimi təsdiqlənib".

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompüter "mouse"nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.

Xəbər lenti
0