BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.