BAKI, 26 oktyabr — Sputnik. Almaniya Türkiyə üçün maliyyə mühasirəsi hazırlayır. Sputnik Azərbaycan "Yeşil Gazete"-yə istinadən xəbər verir ki, Türkiyə hökumətinə yaxın bank və şirkətlərin maliyyələşdirilməsinin azaldılması ilə bağlı işlər görülür.
Almaniyanın KfW dövlət bankı, Avropa İnvestisiya və Avropa Yenidənqurma və İnkişaf banklarının Türkiyədə iqtidara yaxın bank və şirkətlərə kredit ayırmayacağı iddia olunur.
"Bloomberg" agentliyinin yaydığı məlumata görə, formal olaraq adı çəkilən banklar maliyyələşməni dayandırmasa da, onlar sərt şərtlər və məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Oxşar addımların kommersiya bankları tərəfindən də atıldığı bildirilir.