Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun seysmoloji fəallığının öyrənilməsinə dair gördüyü işlər diqqəti cəlb edir.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli danışıb.