Keçmiş nazir yeni partiya yaratdı

© REUTERS / Joshua RobertsSiyasi müzakirə
Siyasi müzakirə - Sputnik Azərbaycan
Abunə olmaq
Partiya artıq rəsmi şəkildə elan olunub

BAKI, 25 oktyabr — Sputnik. Türkiyənin sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin (TBMM) keçmiş sədr müavini Meral Akşenerin rəhbərliyi ilə yeni siyasi partiya yaradılıb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, "İyi Parti" (Yaxşı Partiya) adlanan yeni siyasi partiya artıq rəsmi şəkildə elan olunub.

© AFP 2024 / ADEM ALTAN Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli
 Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli

Meral Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyə təqdim edib.

Partiyanın əsas sloqanı belədir: "Türkiyə yaxşı olacaq".

Yeni yaradılan partiyanın üzvləri arasında fərqli ideoloji istiqamətləri təmsil edən tanınmış şəxslər var. Onların arasında keçmiş nazirlər Suat Çağlayan, Aydın Tümən, Ahat Andican, Abdülkadir Akçan, Ayfer Yılmaz, Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandan müavini, istefada olan general Əli Lapanta, 1996-cı ildə Türkiyə ilə Yunanıstanı müharibənin astanasına gətirən Egey dənizindəki kiçik Kardak adası ilə bağlı gərginlik zamanı adaya çıxaraq oraya türk bayrağı sancan Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı, istefada olan polkovnik Əli Türkşən, Mərkəzi Bankın keçmiş müdiri Durmuş Yılmaz, Aşıq Veysəlin nəvəsi Çiğdəm Özər, eləcə də ilk gündən Meral Akşenerlə birlikdə partiya quruculuğunda iştirak edən millət vəkilləri Ümit Özdağ, Yusuf Halaçoğlu, vaxtilə MHP-nin liderlərindən biri olan Koray Aydın kimi tanımış simalar yer alıb.

Xəbər lenti
0