İslam ölkəsində inqilab: Vitse-prezidentdən 9 qadınla bağlı qərar

© AP Photo / Kamran JebreiliDubay, arxiv şəkli
Dubay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni hökumət BƏƏ-nin tarixində sayca 13-cüdür

BAKI, 25 oktyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb.

Sputnik Azərbaycan "Eurasiya Diari"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış ölkəsi etmək tapşırığını həyata keçirəcək. Şeyx Mohammad deyib ki, yeni hökumətin məqsədi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin millətin idarə edilməsinə gəncləri cəlb etməkdir. Yeni hökumət BƏƏ-nin tarixində sayca 13-cüdür.

27 yaşlı cənab Omar Bin Sultan Al Olama süni intellekt üzrə dövlət naziri, 30 yaşlı xanım Sara Al Amiri qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi gələcək qida təhlükəsizliyi üzrə dövlət naziri təyin edilib.

Yeni kabinet 31 nazirdən ibarətdir. Kabinetin tərkibinə 9 xanım nazir daxildir. Bu da hökumətdə qadın təmsilçiliyinin 29 faiz artımı deməkdir.

Xəbər lenti
0